Bakıda qəza: “3-ün kruqu” adlanan ərazidə avtomobil aşıb
Dünən, 23:50 radələrində paytaxtın “3-ün kruqu” kimi tanınan "Rövşən Cəfərov" küçəsində avtomobil qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisənin təxminən yarım saat əvvəl qeydə alındığı bildirilir.
İlkin məlumata görə, qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Qəzanın başvermə səbəbləri və xəsarət alanların olub-olmaması araşdırılır.
Türkanə Məşədiyeva
00:18 24.05.2026
Oxunuş sayı: 135