Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar
Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinin Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.
Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra "Siyasi repressiya qurbanları" muzeyi ziyarət edilib.
15:44 23.05.2026
Oxunuş sayı: 94