Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
Bu gün İran rəsmiləri parlament sədri Məhəmməd Bağir Qalibafın İslam Respublikasının danışıqlar qrupunun rəhbəri vəzifəsindən istefa verdiyi barədə yayılan xəbərləri təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin Kommunikasiya və Mədəni Əlaqələr Mərkəzinin rəhbəri İman Şəmsayi bu iddiaları “tamamilə yalan” adlandırıb.
O, qeyd edib ki, bu cür məlumatların yayılması xəyanət xarakteri daşıyır.
Şəmsayinin sözlərinə görə, Qalibaf danışıqlar qrupuna rəhbərlik etməyə davam edir və eyni zamanda prezident Məsud Pezeşkianın təklifi və Müctəba Xameneyinin təsdiqi ilə İranın Çin işləri üzrə xüsusi nümayəndəsi təyin olunub.
Qeyd olunur ki, son həftələr İran siyasi rəhbərliyi daxilində fikir ayrılığı ilə bağlı xəbərlər İran və xarici mediada tez-tez gündəmə gəlib.
20:50 20.05.2026
Oxunuş sayı: 58