İran KİV Rəisinin ölümünü ildönümü barədə mesaj yayıb
Bu gün İran mediası və ölkənin ali rəhbəri Müctəba Xameneiyə aid olan kanallar yeni mesaj yayımlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, mesaj İranın keçmiş prezidenti İbrahim Rəisinin ölümünün ikinci ildönümü münasibətilə paylaşılıb. Bəyanatda Xamenei Rəisinin fəaliyyətini yüksək dəyərləndirərək onun yarımçıq qalmış prezidentlik dövrünü müstəqilliyi qoruyaraq millət və ölkə üçün səy və şəfqət ölçüsü adlandırıb.
Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da Şərqi Azərbaycan əyalətində pis hava şəraiti səbəbindən helikopter qəzasında həlak olmuşdur.
Müctəba Xamenei müharibə şəraitində lider təyin olunduqdan sonra indiyə qədər onun heç bir rəsmi səs və ya görüntüsü yayımlanmayıb.
20:45 20.05.2026
Oxunuş sayı: 49