Paşinyan müxalifət liderini xarici kəşfiyyat orqanlarına işləməkdə ittiham edib
Ermənistan baş naziri Nikol Paşinyan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanı xarici kəşfiyyat orqanlarında işləməkdə günahlandırıb və daha bir "casus"un tutulduğunu elan edib.
Crossmedia.az "Sputnik Armenia"-ya istinadən xəbər verir.
Hakim Mülki Müqavilə Fraksiyasının lideri Loridə keçirilən kampaniya zamanı bildirib: "Bu şəxs tezliklə üzə çıxacaq; o, "Çiçəklənən Ermənistan" partiyasının seçki siyahısında ilk yerləri tutur. Bu siyasətçiyə qarşı xəyanət maddəsi ilə cinayət işi açıla bilər.
Bu insanlar məni xain adlandırıblar. Onlar məsuliyyətə cəlb olunmalıdırlar".
19:50 20.05.2026
Oxunuş sayı: 50