Karapetyan Türkiyəni hədəf aldı
"Güclü Ermənistan" partiyasının sədri, baş nazirliyə namizəd Samvel Karapetyan bildirib ki, müstəntiqlər Türkiyədə təhsil almış hakim “Mülki müqavilə” partiyası üzvlərini hədəf almalıdırlar.
Crossmedia.az bu barədə "Sputnik Armenia"ya istinadən xəbər verir.
O, İrəvanda keçirilən seçki kampaniyası zamanı jurnalistlərə açıqlamasında qeyd edib ki, hakim partiyanın bəzi üzvləri qonşu ölkədə təhsil aldıqlarını gizlədir və bu şəxslərin hələ də Ankara təsiri altında olduğu iddia olunur. Karapetyanın sözlərinə görə, bu vəziyyət Ermənistan–Türkiyə münasibətlərinin inkişafına birbaşa təsir göstərir.
Siyasətçi, həmçinin hüquq-mühafizə orqanlarını müxalifətə qarşı selektiv yanaşmada ittiham edib. Onun fikrincə, ölkədə cinayətkarlıq və narkotik dövriyyəsi artdığı halda, həbsxanalar cinayətkarlarla deyil, siyasi məhbuslarla doludur.
18:26 20.05.2026
Oxunuş sayı: 57