Rusiya və Çin arasında 20 mühüm sənəd imzalanıb
Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Pekində keçirilən görüşdən sonra münasibətlərin daha da dərinləşdirilməsi barədə birgə bəyanat imzalayıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Danışıqların yekununda tərəflər çoxqütblü dünya nizamına dair bəyannamə qəbul edib və imzalanma mərasimindən sonra mətbuata açıqlamalar veriblər.
Si Cinpin bildirib ki, Rusiya-Çin danışıqları dərin, dostcasına və məhsuldar atmosferdə keçib, əsas beynəlxalq və regional məsələlər üzrə strateji fikir mübadiləsi aparılıb.
Çin lideri vurğulayıb ki, Putinin Çinə 25-ci səfəri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Onun sözlərinə görə, Çin və Rusiya arasındakı əməkdaşlıq yeni mərhələyə yüksələrək böyük dövlətlər arasında münasibətlər üçün nümunəyə çevrilib.
Səfər çərçivəsində iki ölkənin nümayəndələri iqtisadiyyat, enerji, logistika və digər sahələri əhatə edən ümumilikdə 20 birgə sənəd imzalayıblar.
17:18 20.05.2026
Oxunuş sayı: 52