Böyük Britaniya Rusiyaya qarşı bəzi sanksiyaları yumşaldıb
Böyük Britaniya Rusiya ilə bağlı tətbiq olunan sanksiyalarda qismən yumşaldılma qərarı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Qərara əsasən, Rusiya neftindən istehsal olunan dizel və reaktiv yanacağının üçüncü ölkələrə idxalına icazə verilib. Bu icazə hökumət lisenziyası əsasında verilib və müddətsiz qüvvədə qalacaq, lakin mütəmadi olaraq yenidən nəzərdən keçiriləcək.
Bundan əlavə, Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına tətbiq edilən bəzi məhdudiyyətlərin də aradan qaldırıldığı bildirilir.
15:31 20.05.2026
Oxunuş sayı: 51