Paşinyandan SƏRT ADDIM – Tsarukyanın zavodu əlindən alınır
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətdə olan “Çiçəklənən Ermənistan” Partiyasının meri Qaqik Tsarukyana məxsus “Ararat Sement” şirkətinin milliləşdirilməsi prosesinə start verildiyini açıqlayıb.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Ermənistan baş nazirinin sözlərinə görə, yaxın vaxtlarda müəssisə dövlət mülkiyyətinə keçiriləcək və zavoda yeni rəhbərlik təyin olunacaq.
Paşinyan zavod əməkdaşlarına müraciətində bildirib ki, bundan sonra Tsarukyan və Quloyanın göstərişlərini yerinə yetirməyə ehtiyac yoxdur, çünki onların yeni işəgötürəni Ermənistan dövləti olacaq.
“Ararat Sement” ASC Ermənistanın Ararat şəhərində yerləşən ən iri sement istehsalı müəssisələrindən biridir. Şirkət 2002-ci ildən etibarən Tsarukyanın yaratdığı “Multi Group” konserninin tərkibində fəaliyyət göstərir.
15:00 20.05.2026
Oxunuş sayı: 49