Peskov: Putin və Trampın Çinə səfərlərinin mərasimlərini müqayisə etmək düzgün deyil
Kreml sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Çinə səfərləri zamanı keçirilən mərasimlərin müqayisə edilməsinin məntiqli olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O qeyd edib ki, belə səfərlərdə əsas məqam protokol deyil, aparılan görüşlərin və danışıqların məzmunudur. Peskovun sözlərinə görə, görünən mərasim detalları deyil, tərəflər arasında əldə olunan real müzakirələr daha böyük əhəmiyyət daşıyır.
Kreml rəsmisi əlavə edib ki, Şərq ölkələri üçün mərasim elementi vacib olsa da, əsas diqqət məhz danışıqların məzmununa yönəlməlidir. O, həmçinin Rusiya və Çin liderləri arasında keçirilən qapalı görüşlərdə məzmunun xüsusi önəm daşıdığını vurğulayıb.
14:36 20.05.2026
Oxunuş sayı: 49