ABŞ Senatı Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni təsdiqləyib
ABŞ Senatı prezident Donald Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Qətnaməyə əsasən, İrana qarşı hər hansı gələcək hərbi əməliyyat üçün Konqresin əvvəlcədən razılığı tələb olunacaq. Bununla belə, sənədin tam qüvvəyə minməsi üçün onun ABŞ Konqresinin hər iki palatasında qəbul edilməsi və prezident tərəfindən imzalanması lazımdır. Prezident isə sənədə veto qoya bilər.
Məlumata görə, bu addım ABŞ siyasi dairələrində prezidentin müharibə səlahiyyətləri ilə bağlı müzakirələr baxımından mühüm siyasi siqnal kimi qiymətləndirilir.
12:57 20.05.2026
Oxunuş sayı: 68