Budanov: Ukrayna Aİ-yə üzvlük üçün 10 il gözləyə bilməz
Ukrayna Prezidentinin Aparatının rəhbəri Kirilo Budanov ölkənin Avropa İttifaqına üzvlük prosesinin daha tez həyata keçirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O, “İnterfaks-Ukrayna”ya istinadən qeyd edib ki, Ukrayna Aİ-yə qoşulmaq üçün uzun müddət gözləyə bilməz və prosesin sürətləndirilməsi üçün Avropa tərəfdaşlarının dəstəyinə ehtiyac var.
Budanov vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına inteqrasiyası strateji əhəmiyyət daşıyır və bu istiqamətdə addımların gecikdirilməsi qəbul edilə bilməz.
12:13 20.05.2026
Oxunuş sayı: 64