Ərdoğan: Ankara ABŞ–İran atəşkəsini qorumaq üçün çalışır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Danışıq zamanı Türkiyə–Avropa İttifaqı münasibətləri ilə yanaşı, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Ankara ABŞ və İran arasında əldə olunan atəşkəsin qorunması üçün səylərini davam etdirir. O, Hörmüz boğazının mümkün qədər tez yenidən açılmasının vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti həmçinin İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib və Tel-Əvivə qarşı beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini qeyd edib.
12:08 20.05.2026
Oxunuş sayı: 70