Ukraynada tərxisin nə zaman mümkün olacağı açıqlanıb
Ukraynada tərxis olunma müharibə və xüsusi dövr bitdikdən sonra mümkün olacaq. Müharibə zamanı hərbi xidmətdən tərxis olunma məsələsinə baxılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Military" hərbi portalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, hazırda Müdafiə Nazirliyi ilə müəyyən müddətlər üçün müqavilələrin tətbiqi ehtimalı üzərində iş aparılır.
“Biz bütün müqavilə müddəalarını və bütün növ əlavə ödənişləri hərtərəfli nəzərdən keçirdik. Hazırda birbaşa bölmələr daxilində müzakirələr aparılır. Başqa sözlə, bütün hərbçilərin bu prezident təşəbbüslərinin müzakirəsində iştirak etdiyi bir model tətbiq etmişik”, - deyə o vurğuladı və bunun potensial mənfi nəticələrin qarşısını almaq cəhdi olduğunu qeyd edib.
Sırski vurğulayıb ki, uzun müddət orduda xidmət edənlərin çıxış yolu və tərxis olunduqdan sonra möhlət almaq imkanı olmalıdır. Möhlətin müddəti hərbçinin döyüşdə keçirdiyi müddətdən asılı olacaq.
22:07 19.05.2026
Oxunuş sayı: 45