Suriyada partlayışda yaralananların sayı artıb
Suriya paytaxtında baş verən partlayış nəticəsində yaralananların sayı 18 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə SANA agentliyi tibb işçilərinə istinadən məlumat yub.
Müdafiə Nazirliyinin məlumatına görə, Köhnə Dəməşqin şərqində yerləşən Bab Şərqi rayonunda partlayıcı quraşdırılmış avtomobil partladılıb.
Hücumun İŞİD tərəfindən həyata keçirildiyi bildirilir. Bu son aylarda İŞİD-in üçüncü terror aktıdır
21:08 19.05.2026
Oxunuş sayı: 51