İran ABŞ ilə müharibəyə son qoymaq üçün şərtlərini açıqladı
Bu gün İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ ilə müharibəyə son qoymaq üçün Tehranın əsas şərtlərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Qəribabadi bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə görüşdə danışıb.
O, görüş zamanı danışıqlar prosesinə dair hesabat təqdim etdiyini və İranın ABŞ-yə göndərdiyi son təklifin əsas maddələrini izah edib.
Məlumata görə, İranın ABŞ qarşısında irəli sürdüyü şərtlər bunlardır:
İranın uran zənginləşdirmək hüququnun tanınması və dinc nüvə fəaliyyətinin qəbul edilməsi;
Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması;
ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının ləğv olunması;
İranın xaricdəki aktiv və əmlaklarının azad edilməsi;
ABŞ-nin müharibə zamanı vurduğu zərərə görə kompensasiya təminatı;
Bütün birtərəfli sanksiyaların və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvi;
ABŞ qüvvələrinin İranın ətraf bölgələrindən çıxarılması.
21:05 19.05.2026
Oxunuş sayı: 55