Estoniya Ukraynanın zərbə dronunu səhvən vurub
Estoniyada qırıcı təyyarə Ukraynaya məxsus zərbə dronunu vurub. Bu, ölkə ərazisi üzərində belə bir cihazın vurulmasının ilk halıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Estoniyanın "Delfi" qəzetinin redaksiyası müdafiə naziri Hanno Pevkura istinadən məlumat yayıb .
Pevkur bildirib ki, Estoniya hava məkanına uçan pilotsuz təyyarə, ölkənin mərkəzi-cənub hissəsində, Rusiya ilə şərq sərhədi ilə Riqa körfəzi sahili arasında, Baltikyanı ölkələrdə patrul xidməti aparan qırıcı təyyarələr tərəfindən vurulub. Bu, Rusiya ilə sərhəddən təxminən 80 km məsafədədir.
21:02 19.05.2026
Oxunuş sayı: 42