Rusiyada məktəb tikintisi üçün Çinə müraciət çağırışı
Rusiyanın İrkutsk vilayətinin sakinləri xarici işlər naziri Sergey Lavrovdan Çin lideri Si Cinpinə "mədəni müxtəliflik və Çinlə mədəni əlaqələrin inkişafı çərçivəsində" yerli məktəbin tikintisi üçün maliyyələşdirmə təklif etməsini xahiş ediblər.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Çin dilini öyrənməyə hazırıq. Ölkəmizin prioritetlərinin Moskvada yeni metro stansiyalarının və Tacikistanda yeni məktəblərin tikintisi sahəsində olduğu bir şəraitdə Çinlə mədəni əlaqələri fəal şəkildə inkişaf etdirmək bizim üçün yeganə mümkün yoldur".
19:59 19.05.2026
Oxunuş sayı: 51