Dünyada ebola dəhşəti davam edir
Afrika ölkələrində Ebola epidemiyası artıq 500-dən çox ehtimal olunan yoluxma halına və xəstəliklə əlaqəli təxminən 130 ölüm hadisəsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun 19 mayda 79-cu Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı "Armenpress"-ə bildirib.
O, qeyd edib ki, hazırda 32 təsdiqlənmiş Ebola hadisəsi var - 30-u Konqo Demokratik Respublikasında, ikisi isə Uqandadadır və hər iki Uqanda hadisəsi ölkəyə Konqo Demokratik Respublikasından gəlib.
ÜST rəhbəri epidemiyanın Ebola virusunun bir variantı olan Bundibugyo virusu tərəfindən törədildiyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ÜST Ebola epidemiyası ilə əlaqədar olaraq ictimai səhiyyə fövqəladə vəziyyəti elan etmişdi.
19:34 19.05.2026
Oxunuş sayı: 50