Rusiyada miqrant uşaqların dərsdən yayınması ilə bağlı ciddi nəzarət başlayıb
Rusiyada məktəblər miqrant uşaqların dərs buraxması barədə məlumatları polisə bildirməyə başlayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Yekaterinburq Təhsil Departamentinin müdiri Yelena Kiriçenko bildirib ki, məktəblər ildə iki dəfə dərsə gəlməyən şagirdləri yoxlayır və bu məlumatı Yetkinlik Yaşına Çatmayanlarla İş Departamentinə və Miqrasiya Xidmətinə bildirirlər.
O, əvvəllər belə şagirdlərin hərbi vətənpərvərlik bölmələrinə göndərilməsini təklif etmişdi.
19:30 19.05.2026
Oxunuş sayı: 49