Çin Rusiya hərbi qulluqçularına təlim keçib
Çin gizli şəkildə Rusiya hərbi qulluqçularına dron müharibəsi və dron əleyhinə taktikalar üzrə təlim keçib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb .
Təxminən 200 nəfər təlim keçib, onlardan bəziləri sonradan Ukraynada döyüşmək üçün geri qayıdıb. Onların rütbələri kiçik çavuşdan polkovnik-leytenanta qədər dəyişirdi.
Nəşrin nəzərdən keçirtdiyi sənədlərdə Çin hərbi obyektlərində gizli təlimlər, o cümlədən dron əməliyyatları, elektron müharibə və partlayıcı maddələrin idarə olunması təsvir olunur.
Mənbələr qeyd edir ki, Çin hərbi qulluqçuları ən azı 2024-cü ildən bəri təlim üçün Rusiyaya səfər etsələr də, Rusiya hərbi qulluqçularının Çində təlimi yeni bir fenomendir.
19:09 19.05.2026
Oxunuş sayı: 45