Tramp: İrana hücuma 1 saat qalıb
ABŞ Prezidenti Donald Tramp ölkəsinin mümkün hərbi addımları ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İrana qarşı əməliyyatın başlanmasına çox az vaxt qalıb.
“Ola bilər ki, biz daha bir ciddi zərbə endirməliyik. Mən hələ tam əmin deyiləm. Bunu yaxın zamanda biləcəksiniz,” – deyə o qeyd edib.
Açıqlama regionda gərginliyi artıran bəyanat kimi qiymətləndirilir və beynəlxalq ictimaiyyətdə narahatlıq doğurub.
18:57 19.05.2026
Oxunuş sayı: 50