Pezeşkian “səhv mesajların yayılmasından” narazılıq edib
İran prezidenti Məsud Pezeşkian dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri ilə görüşdə ölkədə informasiya siyasəti və ictimai mesajlaşma ilə bağlı narazılığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nur News”un məlumatına görə, prezidentin çıxışı “Pezeşkianın səhv mesajların yayılmasından gileyi” başlığı ilə təqdim olunub və onun emosional yanaşmalara qarşı çıxdığı qeyd edilib.
Pezeşkian çıxışı zamanı “Yalan danışmaq ən pis günahdır” ifadəsini işlədib və dövlət qurumlarında düzgün informasiya çatdırılmasının vacibliyini vurğulayıb.
O, həmçinin ABŞ və İsraillə münaqişənin ölkənin enerji infrastrukturuna ciddi ziyan vurduğunu etiraf edib. Prezidentin sözlərinə görə, müharibə nəticəsində istehsal azalıb, ölkədə benzin qıtlığı yaranıb, neft ixracı isə çətinləşib.
Pezeşkian mövcud vəziyyətin yaxın dövrdə qiymət artımlarına səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.
18:32 19.05.2026
Oxunuş sayı: 45