Xameneyi ABŞ-nin hücum təhlükəsinə sərt cavab verib
İranın ali dini rəhbəri Əli Xameneyi ABŞ ilə artan gərginlik fonunda sərt açıqlama verib.
Crossmedia.az xəbər verir ki, onun rəsmi “X” hesabında yayılan mesajda bildirilir ki, mövcud müharibə və təzyiq şəraiti davam edərsə, İran “digər cəbhələrin açılması” ehtimalını nəzərdən keçirə bilər.
Xameneyinin sözlərinə görə, İran düşmənin daha zəif və hazırlıqsız ola biləcəyi istiqamətlərdə yeni cəbhələrin formalaşdırılması variantlarını qiymətləndirir:
“Düşmənin zəif və təcrübəsiz olacağı cəbhələri açmaq üçün səylər göstərilib. Əgər mövcud vəziyyət davam edərsə, maraqlarımız nəzərə alınmaqla digər cəbhələr də açılacaq”.
Qeyd edək ki, bəyanatda İranın regional və hərbi strategiyasına dair mümkün addımlara işarə edilsə də, əlavə detallara yer verilməyib.
14:17 19.05.2026
Oxunuş sayı: 44