Tramp: Körfəz ölkələrinin xahişi ilə İrana hücumu 2-3 gün təxirə saldıq
ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İrana qarşı mümkün hərbi hücumun niyə həyata keçirilmədiyi ilə bağlı sualı cavablandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Tramp bildirib ki, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin liderləri Vaşinqtondan İrana qarşı planlaşdırılan hücumun 2–3 gün təxirə salınmasını xahiş ediblər. Onun sözlərinə görə, bu ölkələr İranla razılaşmanın əldə olunmasına yaxın olduqlarını düşünürlər.
ABŞ prezidenti qeyd edib ki, Vaşinqtonun əsas tələbi İranın nüvə silahından tam imtinasıdır. O əlavə edib ki, əgər regiondakı müttəfiqlər mümkün razılaşma şərtlərindən razı qalarsa, ABŞ diplomatik həll yoluna açıq yanaşacaq.
Tramp həmçinin sosial media hesabında da İrana qarşı planlaşdırılan addımların müvəqqəti təxirə salınması barədə paylaşım etdiyini xatırladıb.
13:55 19.05.2026
Oxunuş sayı: 44