İran Hörmüz boğazı administrasiyasının fəaliyyətə başladığını açıqlayıb
İran Hörmüz boğazına nəzarətlə bağlı yeni inzibati qurumun fəaliyyətə başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İranın paytaxtı Tehran “Fars Körfəzi Boğazı İdarəsi” adlı yeni tənzimləyici orqan yaradıb.
Məlumata görə, yeni qaydalara əsasən, Hörmüz boğazından keçmək istəyən gəmilər əvvəlcədən mülkiyyət, sığorta, ekipaj və yük barədə tam məlumat təqdim edərək icazə almalıdır.
İranın həmçinin boğazdan keçid üçün xüsusi xidmət haqları və bəzi hallarda kriptovalyuta ilə ödənilən sığorta rüsumları tətbiq etdiyi bildirilir.
Bundan əlavə, İsraillə əlaqəli gəmilərin keçidinə qadağa qoyulduğu, ABŞ və digər “düşmən ölkələr”ə aid gəmilər üçün isə ciddi məhdudiyyətlərin tətbiq edildiyi qeyd olunur.
10:12 19.05.2026
Oxunuş sayı: 48