Müctəba Xameneyinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama
İranın ali rəhbəri Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur ABŞ və İsrailin bombardmanları zamanı xəsarət aldığı bildirilən Müctəba Xameneyinin vəziyyəti barədə danışıb.
Kermanpurun sözlərinə görə, Xameneyinin aldığı travmalar onun xarici görünüşünün eybəcərləşməsinə səbəb olmayıb və hər hansı bədən üzvünün amputasiyası və ya əlilliklə nəticələnməyib.
Qeyd edək ki, bundan əvvəl "Reuters" öz mənbələrinə istinadən İranın paytaxtı Tehranda iqamətgaha endirilən zərbə nəticəsində 56 yaşlı Xameneyinin üzünün tanınmaz hala düşdüyünü və ayaqlarının ciddi zədələndiyini yazmışdı.
09:44 19.05.2026
Oxunuş sayı: 48