“Kətaib Hizbullah” İordaniyanı hədələyib
İraqdakı iranpərəst Kətaib Hizbullah İordaniyanı hədələyib.
Crossmedia.az xəbər verir ki, İraqdakı iranpərəst "Kətaib Hizbullah" qruplaşmasının nümayəndəsi Əl-Əssaf İordaniya ərazisindən “İslam Müqaviməti” və Xalq Səfərbərlik Qüvvələrinin komandirlərinə qarşı yeni hücumlar həyata keçiriləcəyi təqdirdə bunun “müxtəlif addımlarla” cavablandırılacağını bildirib.
Əl-Əssaf iddia edib ki, ABŞ və İsrailin kəşfiyyat əməliyyatlarının böyük hissəsi məhz İordaniya ərazisindən həyata keçirilir.
Qeyd edək ki, “Kətaib Hizbullah” 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra yaradılmış silahlı qruplaşmadır. Təşkilat uzun müddət SEPAH -ın “Qüds” qüvvələri ilə əlaqələndirilib.
09:36 19.05.2026
Oxunuş sayı: 47