İrandan ABŞ-yə mesaj: Dialoq kapitulyasiya deyil
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqların kapitulyasiya anlamına gəlmədiyini açıqlayıb.
Crossmedia.az xarici mediya istinadən xəbər verir ki, onun bildirdiyinə görə, Tehran ölkənin qanuni hüquqlarından geri çəkilmək niyyətində deyil və Vaşinqtonla dialoq İranın mövqeyindən imtina etməsi kimi qiymətləndirilməməlidir.
“Dialoq kapitulyasiya demək deyil. İran İslam Respublikası xalqın və ölkənin qanuni hüquqlarından heç bir halda geri çəkilməyəcək. İranın maraqlarını və ləyaqətini qorumağa davam edəcəyik”, – Pezeşkian “X” hesabında paylaşım edib.
08:55 19.05.2026
Oxunuş sayı: 34