Macarıstan Ukraynaya şərt qoydu: Aİ danışıqları üçün 11 tələb irəli sürüldü
Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlaması üçün Zakarpatiyada yaşayan macarların hüquqları ilə bağlı 11 tələbin yerinə yetirilməsini istəyir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, tələblər sırasında macar dilində təhsil və imtahanların təşkili, bu dilin mədəniyyət və yerli özünüidarəetmədə istifadəsi, həmçinin macar icmasının Ukrayna Ali Radasında təmsil olunması da var.
Rəsmi Budapeşt qeyd edib ki, Kiyev bu şərtlərin bir hissəsini hələ də tam şəkildə icra etməyib.
08:26 19.05.2026
Oxunuş sayı: 48