ABŞ-da İslam Mərkəzinə silahlı hücum: 5 ölü
ABŞ-nin San-Dieqo şəhərində yerləşən İslam Mərkəzində baş verən silahlı hücum nəticəsində 5 nəfər həyatını itirib. Ölənlər arasında hücumu həyata keçirən iki yeniyetmə də var.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, silahlı şəxslərin 17 və 19 yaşları olub. Yerli polis onların cəsədlərinin avtomobildə aşkar edildiyini və intihar etdiklərini bildirib.
Qeyd edək ki, hücum zamanı həyatını itirənlərdən biri mərkəzin mühafizəçisi olub. Polis rəisinin sözlərinə görə, mühafizəçi daha böyük faciənin qarşısının alınmasında mühüm rol oynayıb.
08:00 19.05.2026
Oxunuş sayı: 42