Xameneinin müşaviri: İran Azərbaycan və Türkiyəyə heç bir zərbə endirməyib
Müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərindən gələn hər şeyi etdilər.
Crossmedia.az xəbər verir ki, bunu İran Ali Hərbi Şurasının sədri, Ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi deyib.
"Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı.Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir.Ermənistan bizə dost ölkədir, Ermənistanın Avropa ilə münasibətlərini normal qarşılayırıq, çünki Avropa müharibədə ideal olmasa da qənaətbəxş davrandı. Buna baxmayaraq Ermənistanın ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur".
22:58 18.05.2026
Oxunuş sayı: 51