Rusiya XİN: Buşehr heç vaxt sanksiyalara məruz qalmayıb
İranın Buşehr nüvə elektrik stansiyası heç vaxt sanksiyalara məruz qalmayıb və onun fəaliyyəti yalnız Rusiya və İrana aiddir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O əlavə edib ki, obyekt 2015-ci il İran nüvə sazişindən çıxarılıb.
Lavrov layihənin davam etdiyini və əlavə enerji bloklarının tikintisinin davam etdiyini qeyd edib.
Rusiya mediası onun sözlərinə istinadən yazıb: "ABŞ və İsrailin stansiya yaxınlığındakı zərbələri nəticəsində bəzi işçilər qonşu ölkələrə təxliyə edildikdən sonra geri qayıdırlar".
21:17 18.05.2026
Oxunuş sayı: 34