İran ABŞ-yə Pakistan vasitəsilə yeni 14 maddəlik təklif göndərib
Tehran ABŞ-yə Pakistan vasitəsilə yenilənmiş 14 maddəlik təklif təqdim edib.
Crossmedia.az "Tasnim News" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ABŞ daha öncə İranın əvvəlki 14 maddəlik layihəsinə cavab verib və bundan sonra Tehran sənədə düzəliş edərək yeni versiyanı hazırlayıb.
Agentlik iddia edir ki, yeni sənəd münaqişənin sona çatmasına və ABŞ tərəfindən etimadın artırılması tədbirlərinə yönəlib.
Daha öncə “Reuters” agentliyi Pakistan rəsmisinə istinadən İslamabadın dünən ABŞ-yə İranın yenidən işlənmiş təklifini təqdim etdiyini yazmışdı.
Vaşinqtondan məsələ ilə bağlı rəsmi cavab verilməyib. ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın əvvəlki planını “bəyənmədiyini” və “kənara qoyduğunu” bildirmişdi.
21:12 18.05.2026
Oxunuş sayı: 34