KİV: İran zənginləşdirilmiş uranı Rusiyaya ötürəcək
İran zənginləşdirilmiş uranı ABŞ-ə göndərmək əvəzinə, Rusiyaya ötürməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Əl-Hədəs" qəzeti məlumat yayıb.
"Sızıntılara görə, İran tərəfi həmçinin 400 kq-lıq yüksək zənginləşdirilmiş uranın Amerikaya deyil, Rusiyaya ötürülməsi şərti ilə tam sökülmə əvəzinə uzunmüddətli nüvə dondurulmasına razılıq verib".
Bu mövqe Tehran və Vaşinqton arasındakı münaqişənin həlli üçün yenilənmiş saziş layihəsində yer alıb.
20:56 18.05.2026
Oxunuş sayı: 51