Paşinyan: Təcili pula ehtiyacımız var idi, ona görə də...
Ermənistan hakimiyyəti ordu islahatlarının həyata keçirilməsi və təhlükəsizlik sisteminin inkişafı üçün kreditlər götürüb. Çünki bu, əhəmiyyətli maliyyə vəsaiti tələb edirdi.
Crossmedia.az xəbər verir ki, bunu Baş nazir və Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikol Paşinyan İrəvanın Arabkir inzibati rayonunun sakinləri ilə görüşündə bildirib.
Ordu islahatları, hərbçilərin sosial təminatı və Ermənistanın təhlükəsizlik siyasəti barədə danışan Paşinyan hökumətin islahatlar aparmaq üçün vəsait borc aldığını bildirib.
“Bəli, islahatlar həyata keçirmək üçün borc götürdük. Niyə borc götürdük? Çünki təcili və böyük miqdarda pula ehtiyacımız var idi”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın dövlət borcu beynəlxalq standartlara görə məqbul səviyyədə qalır.
20:35 18.05.2026
Oxunuş sayı: 51