Rusiya XİN Ermənistanda Paşinyanla vətəndaşın mübahisəsinə fikir bildirib
Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və bir Ermənistan vətəndaşı ilə baş verən hadisəyə münasibət bildirib.
Crossmedia.az "News.am"-a istinadən xəbər verir.
Zaxarova öz səhifəsində Paşinyanın ictimai mübahisə zamanı bir qadın haqqında dediklərinə reaksiya verərək sərt şərh yazıb:
“Paşinyan Ermənistan vətəndaşına: "Ən yaxın tualetdə başınızı sındırmadıqlarına görə minnətdar olun". Makron və Zelenskinin İrəvana səfəri nəticələrsiz keçmədi - "Avropa dəyərləri" göz qabağındadır. Yaxud da onların üzlərində”.
Rusiya XİN-in bu şərhi Ermənistan cəmiyyətində Nikol Paşinyanın bir qadınla mübahisə etməsi, sərt və təhdidedici ifadələr işlətməsi ilə bağlı qızğın müzakirələr əsnasında verilib.
20:10 18.05.2026
Oxunuş sayı: 51