Kiriyenko erməni müxalifətini idarə etməkdə ittiham olunur
Ermənistanın iqtidaryönlü KİV-ləri yaydıqları illüstrasiya ilə rusiyalı dövlət xadimi Sergey Kiriyenkonu anti-Paşinyan fəaliyyətini koordinasiya etməkdə ittiham ediblər.
Crossmedia.az xəbər verir ki, erməni mediasında Kiriyenkonun müxalif qüvvələrin fəaliyyətini idarə etdiyi iddia olunub.
Məlumata görə, materiallarda Ermənistanın baş naziri Nikol Paşinyan əleyhinə aparılan kampaniyaların arxasında Rusiyaya yaxın dairələrin dayandığı irəli sürülür.
Rusiya tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
17:08 18.05.2026
Oxunuş sayı: 47