Krasnoyarskda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan sərginin açılışı keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Krasnoyarsk diyarı qubernatorunun Xarici əlaqələr idarəsinin rəisi Oksana Tsaryova, Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının rəhbəri Taleh Mahmudov, Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev, həmçinin Səfirliyin və Baş konsulluğun əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkənin beynəlxalq nüfuzunun artırılmasında və Azərbaycan–Rusiya əlaqələrinin inkişafında müstəsna rol oynadığını vurğulayıblar.
Həmçinin Azərbaycan–Rusiya münasibətlərinin inkişafı, Krasnoyarsk diyarında yaşayan azərbaycanlıların fəaliyyəti, eləcə də iqtisadi, humanitar, gənclər və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.

16:30 15.05.2026
Oxunuş sayı: 35