Pakistan yeni qanadlı raketini sınaqdan keçirib
Pakistan “Fatah-4” adlı yeni qanadlı raketin uğurlu sınağını həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, raketin uçuş məsafəsi təxminən 750 km təşkil edir. O, relyefi izləmə (terrain-following) texnologiyası ilə çox aşağı hündürlükdə – təxminən 50 metr səviyyəsində uçaraq hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün hazırlanıb.
Sınaq zamanı raketin yenilənmiş naviqasiya və tuşlama sistemləri yoxlanılıb.
Bildirilən texniki göstəricilərə əsasən, raketin dəqiqliyinin təxminən 5 metr CEP səviyyəsində olduğu qeyd edilir.
17:40 15.05.2026
Oxunuş sayı: 35