İraq yardım çağırışı edir
İraq hökuməti Yaxın Şərqdə artan gərginlik və iqtisadi təzyiqlər fonunda beynəlxalq maliyyə qurumları ilə dəstək danışıqlarına başlayıb.
Crossmedia.az xəbər verir ki, rəsmilərin məlumatına görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə ilkin təmaslar ötən ay Vaşinqtonda keçirilən yaz iclasları zamanı aparılıb.
Müzakirələrdə İraqın ehtiyac duyduğu maliyyə həcmi və mümkün kreditin strukturlaşdırılması məsələləri nəzərdən keçirilir.
“Əş-Şərq Əl-Əvsət” nəşrinin məlumatına görə, bölgədəki gərginlik və enerji marşrutlarına təsir edən proseslər İraq iqtisadiyyatına ciddi zərbə vurub, xüsusilə xam neft ixracında fasilələr yaranıb.
Nəticədə ölkənin əsas büdcə gəlirləri azalıb və dövlət xəzinəsində kəsir formalaşıb.
17:30 15.05.2026
Oxunuş sayı: 56