Rubio bu qiymətlərin enəcəyini AÇIQLAYIB
Hörmüz boğazı mütləq açılacaq və bunun nəticəsində qlobal enerji qiymətlərində azalma müşahidə olunacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "NBC News"a müsahibəsində bildirib.
Rubio qeyd edib ki, İranın “nüvə İranı” yaratmaq cəhdləri Tehrana ciddi iqtisadi və siyasi nəticələr doğura bilər.
O, həmçinin xəbərdarlıq edib ki, əgər İran nüvə silahı əldə edərsə, bu, Hörmüz boğazı üzərində nəzarət məsələsini daha da gərginləşdirə və beynəlxalq ictimaiyyət üçün uzunmüddətli böhran yarada bilər.
Rubio vurğulayıb ki, ABŞ və müttəfiqlər regionda enerji təhlükəsizliyinin təmin olunmasına yönəlik addımları davam etdirəcəklər.
17:25 15.05.2026
Oxunuş sayı: 49