Tramp: İran raketlərini çıxarmağa çalışsa da, hər şey yenidən məhv edilə bilər
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın raket fəaliyyətləri diqqətlə izlənilir və mövcud vəziyyət yenidən dəyişə bilər.
Crossmedia.az xəbər verir ki, məlumata görə, İran atəşkəs dövründən istifadə edərək dağıntılar altından bəzi raketləri və buraxılış qurğularını çıxarmağa və onların bir hissəsini qorumağa çalışıb.
İran ilə bağlı danışan Tramp “Fox News”a müsahibəsində qeyd edib ki, Vaşinqton Tehranın fəaliyyətini yaxından izləyir və müəyyən raketlərin yenidən istifadəyə verilməsi ehtimalı var.
O vurğulayıb ki, son həftələrdə görülən işlər qısa müddət ərzində “yenidən məhv edilə” bilər.
17:20 15.05.2026
Oxunuş sayı: 44