Səudiyyə Ərəbistanı İrana “hücum etməmək paktı” təklifi irəli sürüb
Səudiyyə Ərəbistanı İran ilə regionda gərginliyin azaldılması məqsədilə “hücum etməmək paktı” ideyasını müzakirəyə çıxarıb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Ər-Riyad bu təşəbbüsü Yaxın Şərq ölkələri arasında sabitliyin gücləndirilməsi üçün mümkün model kimi dəyərləndirir və 1970-ci illərin Helsinki Prosesi ilə müqayisə edir.
Bildirilir ki, bəzi Avropa paytaxtları və Avropa İttifaqı qurumları bu ideyanı dəstəkləyib və Körfəz ölkələrini də oxşar addımlara çağırıb.
Diplomatik mənbələrə görə, sözügedən paktın əksər ərəb və müsəlman ölkələri, eləcə də İran tərəfindən müsbət qarşılanması ehtimal edilir. Eyni zamanda İranın uzun müddətdir region məsələlərinin yerli ölkələr tərəfindən həll olunmasının vacibliyini vurğuladığı qeyd olunur.
17:10 15.05.2026
Oxunuş sayı: 45