Danimarka Ukrayna ilə raket yanacağı zavodu layihəsini dondurub
Danimarka hökuməti korrupsiya faktlarının üzə çıxmasından sonra Ukrayna ilə birgə həyata keçirilməsi planlaşdırılan bərk raket yanacağı istehsalı müəssisəsi layihəsini müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, layihə çərçivəsində Ukrayna tərəfi ilə “Fire Point” şirkəti arasında əməkdaşlıq nəzərdə tutulurdu. Zavodun şirkətin törəmə qurumu olan “FPRT” tərəfindən inşa edilməsi planlaşdırılırdı.
Layihənin 2025-ci ilin sentyabrında ictimaiyyətə təqdim edildiyi, tikinti işlərinə isə 1 dekabr tarixində Danimarkanın "Skrydstrup" hava bazası yaxınlığında başlanmasının nəzərdə tutulduğu bildirilib.
Lakin korrupsiya iddialarının gündəmə gəlməsindən sonra Kopenhagen layihə ilə bağlı qərarı donduraraq əlavə araşdırmalara başlayıb.
16:55 15.05.2026
Oxunuş sayı: 45