Ermənistandan Rusiyaya səfərlərdə problemlər artır
Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik fonunda erməni miqrant işçilərin Rusiya ərazisinə girişində problemlər yarandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, erməni media orqanlarının məlumatına görə, Rusiya daxilində Ermənistan hakimiyyətinin “Rusiya əleyhinə siyasəti” ilə bağlı ritorika sərtləşdikcə, bu vəziyyət konkret addımlarla da müşayiət olunur.
Məlumata əsasən, həm Ermənistan sahibkarları, həm də Rusiyada işləmək istəyən vətəndaşlar müxtəlif çətinliklərlə üzləşir. Son günlərdə bir sıra erməni miqrant işçilərin Rusiyaya girişinə icazə verilmədiyi, bəzilərinin isə Yuxarı Lars keçid məntəqəsindən geri qaytarıldığı bildirilir.
Rəsmilər giriş qadağalarının səbəbləri barədə açıqlama verməyib.
16:48 15.05.2026
Oxunuş sayı: 40