Taliban Bakıya gəlir
Əfqanıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyinin (NEPA) rəhbəri Mövləvi Məti-ül-Haq Xalis Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) ölkənin nümayəndə heyətinə rəhbərlik edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, nümayəndə heyəti artıq Azərbaycana yola düşüb və forumun tədbirlərində fəal iştirak etmək niyyətindədir.
Xüsusilə də, nümayəndələr iqlim dəyişikliyi, şəhərlərdə ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf, tullantıların idarə olunması, "yaşıl şəhərlər"in inkişafı, havanın çirklənməsinin azaldılması və şəhər sistemlərinin dayanıqlığının artırılmasına həsr olunmuş texniki sessiyalarda və müzakirələrdə iştirak edəcəklər.
15:44 15.05.2026
Oxunuş sayı: 40