Paşinyan Samvel Karapetyanı məhkəməyə verib
Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı oliqarx Samvel Karapetyan-ı məhkəməyə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
İddialara görə, Nikol Paşinyan Karapetyandan böhtan ittihamı ilə 6 milyon dram (təxminən 16 200 ABŞ dolları) təzminat tələb edir. Eyni zamanda o, oliqarxın ən azı 200 000 abunəçisi olan üç YouTube mediasında verdiyi açıqlamalara görə açıq şəkildə geri çəkilməsini istəyir.
Məlumata əsasən, Samvel Karapetyan daha əvvəl Nikol Paşinyan-ın davranışını “Çindən gətirilən halüsinogenlərin təsiri” ilə izah etməyə çalışıb və bu iddia hazırkı məhkəmə çəkişməsinin əsas səbəblərindən biri kimi göstərilir.
Nikol Paşinyan açıqlamasında bu ifadələrin böhtan xarakteri daşıdığını bildirib və hüquqi addım atdığını vurğulayıb.
14:52 15.05.2026
Oxunuş sayı: 47