BƏƏ neft ixracını ikiqat artırmağa hazırlaşır
Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazından yan keçəcək yeni neft kəməri layihəsinin tikintisini sürətləndirir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, layihənin həyata keçirilməsi ölkənin neft ixracı imkanlarını sutkada 1,5 milyon bareldən 3 milyon barelə qədər artıracaq.
Yeni boru kəmərinin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin əsas məqsədlərindən biri regional risklər fonunda enerji ixrac marşrutlarını daha təhlükəsiz və dayanıqlı etməkdir.
14:37 15.05.2026
Oxunuş sayı: 54