Lavrov mətbuat konfransında jurnalistə sərt reaksiya verib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Hindistanda keçirdiyi mətbuat konfransı zamanı çıxışını yarımçıq kəsən jurnalistə sərt reaksiya göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Sergey Lavrov jurnalistə müraciətlə, “Lütfən, gedə bilərsinizmi? Mən zarafat etmirəm. Uşaqlar, onu buradan çıxarın. Cənab, telefonunuzu təhvil verməsəniz, silahı çıxaracaqlar”, – deyə bildirib.
Hadisə konfrans zalında gərgin anların yaşanmasına səbəb olub.
14:16 15.05.2026
Oxunuş sayı: 53